Son illərdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gənclərimizin cəmiyyətdə, ictimai-siyasi həyatda, mərkəzi və yerli icra hakimiyyətlərində mühüm yer tutmalarına imkan yaradır. Bu gün demək olar ki, ali təhsilini başa vuran əksər gənclər özlərinə müvafiq iş tapa bilirlər. Belə gənclərdən biri də Azərbaycan Dillər Universitetinin fəxri məzunu Vüsal Hümbətzadədir. Qeyd edək ki, Vüsal Hümbətzadə hətta tələbəlik dövründə iş, karyera qurmaq sahəsində fəal olub və o, Pakistan Səfirliyinin Mədəniyyət Mərkəzində çalışıb. Vüsal Hümbətzadənin tələbəlik illərində əldə etdiyi uğurlar, qazandığı nailiyyətlərlə bağlı müsahibəni təqdim edirik.
- Zəhmət olmasa özünüz haqqında məlumat verin.
-Mən Hümbətzadə Vüsal Nurəddin oğlu 2003-cü ildə anadan olmuşam. 2020-ci ildə Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər ixtisasına qəbul olub 2024-cü ildə həmin universitetin məzunu olmuşam.
- Universitet seçimində hansı meyarları əsas götürdünüz?
-Seçimim ilk növbədə universitetin reytinqinə görə oldu. Dünya universitetləri arasında mövqeyini ildən-ilə möhkəmləndirdiyini universitetin sosial şəbəkələrindən izləyirdim. Universitetin tədris prosesi, dərslərin həftədə 5 dəfə olması, tələbəlik həyatı ilə bağlı xəyallarımı tam ifadə edirdi. Əlavə olaraq, “ADU-nu tanı” layihəsində də iştirak etmişəm və universiteti daha yaxından tanımaq imkanı yarandı. Beləliklə də seçimim ADU oldu.
- Qəbul olduğunuz ixtisasla bağlı gələcək planlarınız nədir?
-Beynəlxalq münasibətlər ixtisası hazırda dünyada ən tələb olunan ixtisaslardandır. Bu istiqamətdə özümü xeyli inkişaf etdirdi.. Universitet təhsili ilə yanaşı, ixtisasım üzrə beynəlxalq sertifikatlar əldə etməyi, praktiki biliklərimi artırdım. Fakültəmizdə təhsil alan tələbələrin bir çoxu ixtisasları üzrə ölkənin aparıcı şirkətlərində çalışırdılar, mən də tələbəlik dövründən öz sahəm üzrə Pakistan Səfirliyinin Mədəniyyət Mərkəzində çalışdım.
- ADU-nun tələbələr üçün yaratdığı hansı imkanları dəyərləndirdiz?
-Azərbaycan Dillər Universitetində bir-birindən maraqlı və faydalı layihələr, proqramlar həyata keçirilir. Çalışdığım qədərilə çoxunda iştirak etdim
– Boş vaxtlarınızı necə keçirirsiniz?
-Bədii kitab oxuyuram, rəsm çəkirəm, elmi araşdırmalar aparıram, kitab yazıram və.s
- Könüllü fəaliyyətlərinizdə ən çox yadda qalan hadisə nə olub?
-Mən 30-dan çox könüllü təşkilatlarda fəaliyyət göstərmişəm. "Ədliyyə könüllüləri", "Bir könüllü", "Miqrasiya könüllüləri", "Diplomatiya könüllüləri" və s. ADU-da isə “Gənc politoloqlar qurumu”nun sədri olmuşam. Könüllü fəaliyyətimdə ən yadda qalan hadisə Elm və təhsil naziri Emin Əmrullayevin və Baş Nazir Əli Əsədovun aktiv könüllü fəaliyyətimə görə mənə sertifikat və fəxri fərmanla təltif etmələri olub. Eyni zamanda "Diplomatiya könüllülərində" Ayxan Hacıyevin mənə arayış verməsi ən yadda qalan hadisələrdən biri olub.
- Bu qədər istedadlı tələbə olmağı nəyə və kimə borclusunuz?
-İsedadlı tələbə olmağımı təbii ki, öncə ailəmə borcluyam. Valideynlərim hər zaman mənim təhsilimə dəstək olurlar. Bundan əlavə, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev başda olmaqla müəllimlərimə böyük minnətdarlığımı bildirirəm ki, onlar bizim uğur əldə etməmiz üçün mühüm addımlar atırlar.
– Bizə vaxt ayırıb, səmimi söhbət etdiyiniz üçün Sizə minnətdarlığımızı bildiririk.
-Mən də sizə təşəkkür edirəm. Xalqımızın bütün tələbələrinə və müəllimlərinə müvəffəqiyyətlər, millətimə uğurlar arzulayıram.
Zemfira Adıgözəlova
Newscenter.az üçün