Newscenter.az.15.04.2019. Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 2019-cu ilin yanvar, fevral və mart ayları ərzində abadlıq-quruculuq işləri uğurla davam etdirilib.
Rayon İcra Hakimiyyətindən Newscenter.az-a bildirilib ki, qəsəbənin S.Mehmandarov və S.Qocayev küçələrində yollaruzun illər istismar olunduğundan və yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəldiyindən yol boyu təmir-tikinti işləri aparılıb.
Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada keçidi bərpa olunub, yol boyu köhnə səki daşları yenisi ilə əvəz edilib.