Newscenter.az.17.04.2019. Gənclər və idman naziri Azad Rəhimov aprelin 18-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat katibliyindən Newscenter.az-a bildirilib ki, qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayon sakinləri iştirak edəcəklər.
Qəbul saat 11:00-da Gənclər Evində (Biləsuvar şəhəri, Heydər Əliyev küçəsi, Heydər Əliyev parkının ərazisi, RİH ilə üzbə üz ) başlanacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon (şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.