Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özünü millətin vəkili sayan, amma heç bir işə yaramayan adam kişilikdən danışmasın

Özünü millətin vəkili sayan, amma heç bir işə yaramayan adam kişilikdən danışmasın


Newscenter.az.17.04.2019.
"Xalqın boğazından kəsib, mənim haqqımda yazı yazdıran sifarişçilər və o pulları yeyən, onların əlaltısı olan jurnalistlər. Məndən xəbər yazıb, məni ermənilərlə işbirliyində günahlandırırsız. Bir az vicdanlı və dürüst olun"

Newscenter.az xəbər verir ki, bu fikirləri Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Məsimov səsləndirib. O, bildirib ki,
ermənilərlə kimin və necə işlədiyinə dair sübutları, faktları var:

"Ən əsası isə bilin ki, mənim Rus şirkətləriylə çalışmamağıma ilk olaraq həm də bu səbəb oldu. Mənim bütün layihələrdə şərtim var idi və hələ də var ki, ermənilərə neft satılmayacaq, ermənilər üçün heç nə daşınmayacaq. Buna görə, razılaşma pozuldu. Sizə hesab vermirəm sadəcə gözünüzə soxuram biləsiniz. Görürəm ki, bəzi adamlar həqiqəti görməkdən qorxur. Vurğulayaraq deyirəm ki, axmaqlar, siz məni nə qorxuda bilərsiniz, nə də mənə gücünüz çatar. Mən Allahdan başqa hiç kimden və heç nədən qorxmuram Boş yerə mənimlə mübarizə aparmayın. Ondansa "insanlara necə kömək edək" deyə başınızı yorun".

Mübariz Məsimov onu da vurğulayıb ki, ona qarşı çirkin kampaniya aparanların yaxasından əl çəkməyəcək:

"Sizin əməllərinizin izini buraxmayacam. Məhkəmə bitəndə çox şey ortaya çıxacaq. Cənab Abdullayev və imperiyasının baş oğrusu Anar Əliyev deyim, yoxsa Arda Akın, Anar Əlizadə? İnsanın niyə 3 adı və pasportu olsun ki? Hansı şirkətinizin hara və kimə nə satdığını çox yaxın günlərdə açıq şəkildə təqdim edəcəm. Ondan sonra hesabat verərsiniz. Çıxıb, işlərinizlə bağlı açıqlama verərsiniz. Bitdi? Kimə nə danışırsız?! Məni erməni ilə ortaq göstərən yazıqlar, mən sizin izinizi buraxmayacam. Siz düşünürsüz ki, gücünüz, imperiyanız var? Siz bir heçsiniz. Yanılırsız. Allah gücü insana ürəkdə verir. Pulla hamını satın ala bilərsiz, amma pisliklərinizi ört-basdır edə bilməzsiniz. Özünü millətin vəkili sayan, amma heç bir işə yaramayan adama da demək istəyirəm ki, mənə kişilikdən danışmasın. O yaxana taxdığın nişanı elə xalq özü söküb atacaq.

Hər kəs bilsin ki, mənim dövlətimlə heç vaxt problemim olmayıb, olmayacaq da. Mənim davam dövlətin arxasına sığınan bu oğrularladır və onlarla bağlı faktları dövlətimə təqdim etməyə hazıram. Mən illər öncə hansı mövqedəydimsə, indi də o mövqedəyəm. Mən vaxtilə, Heydər Əliyevin əsgəri olduğumu demişdim, bu gün də həmin əsgər olaraq bu parazitlərlə mübarizə aparıram və aparacağam. Məncə, qoxmasınlar, titrəsinlər".
Xəbəri paylaş