Newscenter.az.17.04.2019. “REAL-AXCP çəkişməsi getdikcə gərginləşir, hətta iyrəc forma alır. Artıq tərəflər bir-birini çox pis təhqirə keçiblər. O dərəcədə ki, onlar artıq siyasi mübarizədən küçə söyüşləri səviyyəsinə qədər eniblər”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Rəsulzadə bələdiyyəsi sədrinin köməkçisi Jalə Tofiqqızı səsləndirib. O, qeyd edib ki, bu mübarizə iqtidar-müxalifət mübarizəsindən keçib və müxalifətdaxili dartışmanı da aşıb:
“Bir az da getsə, "vorzakon" mərhələsinə keçəcək. Bunu mən, fərz etmirəm, qətiyyən. Bunu REAL-AXCP arasındakı hadisələrin gedişatı göstərir. “Azərbaycan müxalifəti” adı uğrunda gedən mübarizədə hər iki tərəfin rəhbərlərinin verdikləri bəyanatlar, tərəfdarlarına etdirdikləri, yazdırdıqları statuslar, rəylər onların nə qədər idbar olduqlarına daha bir nümunədir. Onlar üçün ölkənin, dövlətin deyil, şəxsi maraqları və ambisiyaları önəmlidir. Təəssüf ki, sağlam deyil, dövlətini, millətini satan, ədəbsiz müxalifətimiz var”.