Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan nümayəndə heyəti minalarla bağlı beynəlxalq konfransda iştirak edib

Azərbaycan nümayəndə heyəti minalarla bağlı beynəlxalq konfransda iştirak edib


Newscenter.az.22.04.2019.
Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Azərbaycan, Belarus, Moldava, Qazaxıstan, Rusiya, Tacikistan, Qırğızıstan, Rusiya və Ermənistanın dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının iştirak etdiyi “Ölümcül təsirli avtonom silah sistemləri: qabaqlayıcı qadağan” adlı regional konfrans keçirilib. Newscenter.az xəbər verir ki, tədbirdə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov iştirak edib.

Konfransın məqsədi yaradılmaqda olan bu silah sistemlərinə qarşı region ölkələrinin ictimaiyyətinin məlumatlandırılması və BMT çərçivəsində aparılan danışıqlarda hökümət strukturlarının münasibətinin formalaşdırılmasına yardım etməkdən ibarət olub.

Konfrans zamanı bildirilib ki, robot silahların yaradılması və istifadəsi çoxsaylı etik, texniki, hüquqi və təhlükəsizlik problemləri yaradacaq. İnsan müdaxiləsi olmadan, özü idarə olunan süni zəka silahları bəşəriyyət üçün faciəli nəticələrə gətirib çıxaracaqdır.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanovun konfransda çıxışı Ermənistanın ölkəmizə təcavüzü nəticəsində minaların və digər silah növlərinin yaratdığı problemlərdən və bu problemlərin aradan qaldırılmasına həsr olunmuşdur. Bundan başqa Hafiz Səfixanov Qazaxıstanın «Xabar 24» telekanalına bu məsələlər barədə müsahibə verib.
Xəbəri paylaş