Newscenter.az.23.04.2019. 5,6, 88 və 125 saylı avtobuslarun formula-1-lə bağlı Bayıl və 20-ci sahə istiqamətində hərəkəti dayandırılıb. Yalnız 53 saylı avtobus işləyir. Təsəvvür edin ki, 53 saylı marşurut 20-ci sahədəki dayanacağa elə dolu gəlir, sərnşiinlərin yarıdan çoxu minə bilmir. Alternativ yalnız 1 manatlıq taksilərdir. O da yalnız İçərişəhər metrosuna qədər aparır. Vətəndaşların nəqliyyat xərcləri kəskin artıb.
İkuncisi, Badamdar yolu hələ açılmadığından şəhərə yeganə çıxış yolu Bayıl vasitəsi ilə teleteatrın qarşısındakı yola çıxmaqdır. Bu yol da daim tıxacdır. Normalda 7-8 dəqiqlik yolu taksi ilə 35 dəqiqəyə gəldim. Hələ hərəkətin gur olmadığı vaxtda (saat 11-12 arası).
Yəni burnun ucundan o yanı gərməyən meriya və aidiyyatı təsisatlar bu durumu hesablaya bilmədi.
Bu da azmış kimi, Formula ərazisindən 3- 4 km kənarda olan (Azneft-Bayraq Meydanı) yolun bağlanmasına da ehtiyac yox idi.
Bayıl və 20-ci sahə massivində yaşayan 100 minə yaxın insanın rahatlığını təmin etmək üçün həyata keçirilməli tədbirlərin heç biri həyata keçirilməyib.
1. Badamdar yolu təcili təmir olunub istifadəyə verilməli idi.
2. 53 saylı marşurutda avtobusların sayı ən azı 3 dəfə artırılmalı, intervallar minimuma endirilməliydi.
3. Xüsusi avtobuslar vasitəsi ilə sakinlərin Əl Oyunları sarayına qədər gətirilməsi təmin etməliydilər, sakinlər izafi xərclənməyə getməsinlər və ordan da piyada metro ərazisinə daxil ola bilsinlər.
Ancaq meriya və aiddiyatı başqa təsisatlar 100 minə yaxın insanın izafi xərclərlə yüklənməsini, əsəblərinin sıradan çıxmasını, vaxt itkisini qulaqardına vurub bu addımların heç birini atmadılar. Əsil rəzalət də elə budur!
Qadir İbrahimli, iqtisadçı ekspert