Salyanda şagirdləri daşıyan mikroavtobus aşıb, ölən və xəsarət alanlar var
Tarix: 6-05-2019, 10:46
Newscenter.az.6.05.2019. Salyanda yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəzaya düşən mikroavtobus Şirvandan Cəlilabada yarışa gedən 2005-2008-ci il təvəllüdlü şagirdləri aparırmış.
"Mercedes markalı mikroavtobus idarəetməni itirməsi nəticəsində yolun kənarına aşıb.
Qəza nəticəsində 1 şagird ölüb, 6 nəfər xəsarət alıb.