Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA-da Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş anım tədbir keçirilib

AQTA-da Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş anım tədbir keçirilib


Newscenter.az.10.05.2019. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə anım tədbir keçirilib. Bu barədə məlumat Newscenter.az-a Agentlikdən daxil olub.

Bildirilib ki, Heydər Əliyevin uğurlu siyasəti dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Ulu öndər ilk hakimiyyəti illərindən başlayaraq atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirdi. Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış neçə-neçə layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı.

Ümummilli liderin uzaqgörən siyasətinin Azərbaycanda yeni sosial-iqtisadi inkişaf modelinin həyata keçirilməsi üçün zəruri əsaslar formalaşdırdığı, məhz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların davamı olaraq cəmiyyətin bütün sahələrində, o cümlədən insanların rifahı, sağlamlığı və qida təhlükəsizliyinin təmin olunması istiqamətində böyük canlanma yarandığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat yolundan, vətən və xalq qarşısında tarixi xidmətlərindən bəhs edən film nümayiş etdirilib.

Daha sonra Agentlik rəhbərliyi və əməkdaşları Fəxri Xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq ümummilli lider Heydər Əliyevin xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Orxan
Xəbəri paylaş