Newscenter.az.10.05.2019. Dünya Azərbaycanlıları Assambleyası Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa, eləcə də Şuşaya qeyri-qanuni səfər etməsinə etiraz olaraq bəyanat yayıb. Newscenter.az-a -a daxil olan bəyanatda beynəlxalq təşkilatlar bu məsələyə susqunluq nümayiş etdirməməyə çağırılır.
"Bir tərəfdən sülh danışıqları aparılır, digər tərəfdən isə işğal olunmuş Dağlıq Qarabağ ərazisinə qanunsuz səfərlər edilir. Bu beynəlxalq hüquq normalarının pozulmasından savayı , işğal nəticəsində vətənini itirmiş, evlərindən çıxmağa məcbur qalmış, müharibə nəticəsində öz yaxınlarını itirmiş milyonlarla insanın milli duyğuları ilə oynamaq deməkdir. Digər tərəfdən bununla da, Azərbaycanının səbri yoxlanılmağa çalışılır. Bucür hadisələr gələcək mümkün müharibənin əsas siqnalıdır. Artıq məlum olduğu kimi Ermənistan Respublikası baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib. Bundan əlavə Ermənistan Baş naziri Nikol Paşinyanın "Şuşa şəhərinin işğalı şərəfinə" düzənlənən mərasimdəki görüntüləri yayılıb. Şuşanın işğalının 27-ci ilini qeyd etmək üçün, bir çox erməni rəsmisi Şuşaya gəlib.
Dünya Azərbaycanlıları Assambleyası işğal altındakı ərazilərə qanunsuz səfərləri qətiyyətlə pisləyir. Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün pozulması hallarının yolverilməz və beynəlxalq hüquq normalarına zidd olduğunu bildirir, hər bir şəxs kimi Paşinyan və rejimini beynəlxalq qanunlara , norma və aktlara hörmət etməyə çağırırıq".
DAA Bu səfərin beynəlxalq hüquq normalarına zidd olduğunu təkrar qeyd edir, işğalçı Ermənistan hakimiyyətinə xatırladır ki, Ermənistan Respublikasının BMT, ATƏT , Avropa Şurası, MDB və digər beynəlxalq qurumlara üzv olarkən bu qurumlar qarşısında götürdüyü öhdəliklərə, beynəlxalq hüquq normasında nəzərdə tutulan ərazi bütövlüyü və suverenlik prinsiplərinin kobud surətdə pozulması deməkdir.
"Bundan başqa Ermənistan hakimiyyəti dəfələrlə bəyan edir ki, Qarabağ probelmi, Dağlıq Qarabağ ermənilərinin iç məsələsidir. Bu səfər bir daha onu açıq şəkildə göstərir və bu məsələdə əsas tərəf Ermənistandır və bu da işğalçının kim olduğunu açıq göstərir. Hər dəfə dövlət səviyyəsində nümayəndələrin Dağlıq Qarabağ səfərləri, qeyri adekvat çıxışları bir daha onu göstərir ki, Ermənistan sülh danışıqlarına hazır deyil. Hazırda Ermənistan baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan Qarabağda hərbi xidmət keçir. Nəzərinizə çatdırmaq istəyirik ki, Ermənistan vətəndaşlarının Azərbaycanın işğal olunmuş torpaqlarında xidmət keçməsi beynəlxalq hüquq və normalarının, hətta Ermənistan qanunlarının pozulması deməkdir.
Ümumiyyətlə, Nikol Paşinyanın diplomat deyil, diletant səviyyəsində, kütləyə hesablanan və Azərbaycanı qıcıqlandıran açıqlama və hərəkətləri ilk gündən özünü göstərir".
Assambleya beynəlxalq təşkilatları da bu məsələyə susqunluq nümayiş etdirməməyə çağırır:
"Bir tərəfdən sülh danışıqları aparılır, digər tərəfdən isə işğal olunmuş Dağlıq Qarabağ ərazisinə qanunsuz səfərlər edilir. Bu beynəlxalq hüquq normalarının pozulmasından savayı , işğal nəticəsində vətənini itirmiş, evlərindən çıxmağa məcbur qalmış, müharibə nəticəsində öz yaxınlarını itirmiş milyonlarla insanın milli duyğuları ilə oynamaq deməkdir. Digər tərəfdən bununla da, Azərbaycanının səbri yoxlanılmağa çalışılır. Bucür hadisələr gələcək mümkün müharibənin əsas siqnalıdır".