Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası üzrə gələn həftə görüş olacaq

Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası üzrə gələn həftə görüş olacaq


Newscenter.az.10.05.2019. “Gürcüstan hökuməti bugünkü iclasında Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası üzrə komissiyanın tərkibini təsdiq edib”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

Onun sözlərinə görə, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia komissiyanın sədri təyin olunub.

XİN başçısı komissiyanın ilk iclasının gələn həftə - mayın 14 və ya 15-də keçiriləcəyini qeyd edib.
Xəbəri paylaş