Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları arasında şahmat turniri

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları arasında şahmat turniri


Newscenter.az.10.05.2019. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş şahmat turniri keçirilib.

Newscenter.az-a nazirlikdən bildirilib ki, yarışlara may ayının 8-dən start verilib. Turnirdə nazirliyin struktur vahidlərinin əməkdaşları iştirak ediblər. Yarış İsveçrə modeli əsasında beynəlxalq dərəcəli hakimlərin nəzarəti altında həyata keçirilib. Bir oyun üçün iştirakçılara 30 dəqiqə vaxt verilib.

May ayının 10-da şahmat turnirinə yekun vurulub.

Turnirin qalibi Kənd Təsərrüfatı Nazirliyi Aparatının Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov olub. Nazirliyin Maliyyə və muhasibat uçotu şöbəsinin Maliyyə sektorunun baş məsləhətçisi Mübariz Babayev turnirdə 2-ci yeri tutub. 3-cü yer uğrunda yarışda Dövlət Baytarlıq Xidmətinin Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının rəis müavini Kliment Əsədov qalib gəlib. Turnirdə yüksək nəticələr göstərmiş əməkdaşlar mükafatlandırılıblar.

Qeyd edək ki, şahmat turniri Kənd Təsərrüfatı Nazirliyi Aparatının Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutub.
Orxan
Xəbəri paylaş