Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Partiya sədri-Ali Baş Komandanımız cənab İlham Əliyevin döyüş əmrini icra etməyə hazırıq

Partiya sədri-Ali Baş Komandanımız cənab İlham Əliyevin döyüş əmrini icra etməyə hazırıq


Newscenter.az.18.05.2019. Bu gün millətçi-daşnak ermənilərin və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın strateji cəhətdən ən mühüm məntəqələrindən biri sayılan və hərbi-strateji əhəmiyyət kəsb edən Laçın rayonunu işğal etmələrinin və talana məruz qoymalarının daha bir ildönümüdür. Laçının işğalından 27 il ötür. Lakin müharibə hələ bitməyib.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, müharibə vəziyyəti davam edir:

"Biz İkinci Qarabağ müharibəsinin torpaqlarımızın işğaldan azad edilməsi ilə başa çatacağına inanırıq. Bunun üçün özümüz də bir daha döyüşlərə qatılmağa və Ali Baş Komandanımız cənab İlham Əliyevin döyüş əmrini icra etməyə hazırıq! İnşallah tale bizə ya şəhid, ya da qazi olmağı nəsib edər. Şəhidlərimizin ruhu qarşısında baş əyirik".
Xəbəri paylaş