Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaşinqton sürətlə Yaxın Şərqdə gücünü artırır

Vaşinqton sürətlə Yaxın Şərqdə gücünü artırır


Newscenter.az.18.05.2019. ABŞ və İran arasında gərginlik davam edir.Vaşinqton sürətlə Yaxın Şərqdə gücünü artırır.ABŞ-ın İranı vurması üçün kifayət qədər regionda hərbi gücü var.ABŞ-ın "SENTCOM" qüvvələri regiona nəzarəti həyata keçirirlər.ABŞ-ın Qətərdə "Əl-Übeyd" bazası,Türkiyədə "İncirlik" və "Kürəkli" ,Küveytdə "Əl-cəbir bazası" ,Bəhreyndə 5-ci donanma kimi güclü bazaları var.Həmçinin Vaşinqtonun Səudiyyədə,İordaniya və Oman ərazisində bazaları var.Hind okeanı istiqamətində dünyanın supergücünün bir-neçə subminess və esminessləri keşik çəkir.Vaşinqton "Abraham Linkoln" avidaşıyan gəmisini,f16 təyyarələrini,Patriot SM3 Blok A sistemlərini,f18 təyyarələrini,4 ədəd B52 bombardmançılarını,həmçinin Tormahavk nüvə başlığı daşıya bilən raketlərini körfəzə göndərib.Vaşinqtonun İraq,Suriya,Əfqanıstanda da bazaları var.Təkcə Suriyada 20-dən çox baza və bəzi rəqəmlərə görə 1000-2000 arası qüvvələrlə ABŞ real gücdü.Həmçinin İraqda anqlosakson nəhəngi,5200-yə yaxın hərbi qüvvəsi var.Göründüyü kimi zəif İran aviasiyası qarşısında ABŞ-ın İranı vurması ciddi problem deyil.

ABŞ-ın İran siyasətində əsas kurotorluğu Trumpın Təhlükəsizlik məsələləri üzrə müşaviri olan Bolton edir.İraqa 2003 müdaxiləsində də, Vaşinqtonun əsas fikir kuratoru məhz Bolton idi.Bolton qeyd etmişdi ki,əgər İran ağıllanmasa İranı yola gətirmək üçün onu bombalamaq lazımdır.Təbii ki,ultra yevangelist olan ideoloji Bolton sərt ritorikadan heç vaxt çəkinmir..Trump biznes təffəkürü ilə idarəetməyə üstünlük verir.Bəllidir ki,Amerika ordusu dünyanın ən bahalı ordusudur.Burada xidmət haqqı olduqca bahadır.Həmçinin qüvvələr çıxarılması ilə bağlı əlavə xərclərə ehtiyac var.Lakin əgər hücum senarisi gündəmə gələcəksə bu zaman Trump hücuma gedəcək.Təbii ki,İran güclü dövlətçilik ənənələrinə,çox mürəkkəb sistemə,etnik quruluşa malikdir.Xüsusilə ölkənin ərazisi dağlıqdır.İranın dəstəklədiyi proksi qüvvələr var,o qüvvələr həm də ideoloji ordudur.Vaxtilə İraqla müharibədə də İran məhz ideoloji aspektdən istifadə edərək,minlərlə insanı canlı qalxan edərək,mübarizə aparmışdı.Bu gün də,bu cür insanlar az deyil.Həmçinin İranın ballistik raketləri İsrail və ABŞ-ın bazaları üçün təhdid formalaşdıra bilər.Lakin hesab edirəm ki,Vaşinqton bunları sözsüz ki hesablayır.İran təbii ki,bütün ABŞ bazalarını hədəf almağa çalışacaq,lakin əks həmlələrdə ciddi çətinliklərlə üzləşə bilər.ABŞ-ın Yaxın Şərqdə güclənməsi psixoloji təzyiq üsulu və gödək nümayişidir.Vaşinqton həmçinin İranın dəstəklədiyi qüvvələrin "SENTCOM" hücumunu önləmək üçün qabaqlayıcı addımlar atır.Lakin İranın nüvə silahı əldə etmək istəməsi fonunda,regionda ciddi gərginliklər formalaşa bilər.

ABŞ-ın Harward Universitetinin professoru Stephen.M.Walt İranla bağlı mümkün senarilərlə bağlı 3 istiqaməti xüsusi olaraq qeyd edib.Onun fikirlərinə görə,Vaşinqton İranı yenidən danışıqlar masasına gətirməyə cəhd edir.Bu istiqamətdə Pompeo və Bolton tandemi fəal iştirak edir.Həmçinin Trumpın əsas maliyyə donoru hesab edilən,Şendon Adelsonda İran məsələsini xüsusi olaraq fəallıq göstərir.ABŞ-ın hazirki administrasiyası İrana qarşı məcburi təzyiq(coercive pressure)taktikasına baş vurur.Bu siyasi strategiyanın davamı olaraq Şimali Koreya senarisinə uyğun olaraq hazirki rejimlə yeni anlaşma imzalamaq hədəf ola bilər.Lakin bu dəfə Obama siyasətindən fərqli olaraq daha sərt tələblərlə.İrana qarşı maksimum təzyiq və psixoloji gödək nümayişi ilə ona Pompeonun keçən il açıqladığı 12 tələbi qəbul etdirmək əsas məqsəddi.

Bu strategiyaya uyğun olaraq Tehran rejimi,Hizbullaha,Suriya lideri Əsədə,Yəməndə Husilərə,Fələstində Həmasa dəstəyini dayandırmalıdır.Lakin burada bir problemi müəllif xüsusi olaraq qeyd edir.Niyə İran bütün vədlərinindən imtina edən,müttəfiqlərinə qarşı sərt siyasət yürüdən prezidentlə müqavilə bağlamalıdır.Həmçinin İranın bu şərtləri qəbul etməsi onun regional ambissiyalarına uyğun deyil.O zaman Vaşinqtonun qarşısında üçüncü senari rejimin dəyişilməsi prioritetə çevrilir.Baxmayaraq ki,bunu Pompeo açıq şəkildə etiraf etmir,lakin bu senari daha ağlabatandır.Buna baxmayaraq,ABŞ üçün İranın suverenliyinin mövcudluğu daha çox məqsədəuyğundur.

Üçüncü ssenaridə inandırma strategiyasına keçid edir.(Strategy of convince).Burada Vaşinqton İran xalqını rejimin onların maraqlarına uyğun gəlmədiyini inandırmağı əsas məqsəd elan edir.Lakin digər bir problem odur ki,bir-çox ideoloji insanlar buna inanmıyacaq və uzaq qonşunun onların iqtisadiyyatına zərbə endirdiklərini düşünərək,rejimin arxasında qalacaq.Müəllifə görə,Vaşinqton Kubada sanksiya siyasətinin işə yaramadağını görür.Uzun illərdi aparılan blokada rejiminə baxmayaraq hələ də,orada Fidel Kastro rejimi hökm sürür.Trumpın anlaşmanı tərk etməsi və sərt siyasəti bəzi ideoloji insanlara ciddi kart-balanş verdi.

Lakin İran indi 90-ci illərdəki İran deyil.İranın tərkibində Bəlucistan və Əhvaz əraziləri barıt çəlləyidir.ABŞ İrana hücum etmiyəcək deməkdə tamamilə mümkünsüzdür.Təbii ki,Vaşinqton indi maksimum sürətdə İrana təzyiq etmək,daxildən İranı qarışdırmaqla,rejimi kompromisə gətirməyə daha çox üstünlük verəcəyini düşünürəm.İran Respublikaçılardan fərqli olaraq demokratlarnan diplomatik danışıqlara daha çox üstünlük verir.Fars diasporasınin Demokratlara yaxınliği var.Respublikaçıların isə əsas nüvəsi İrana qarşı əks ideoloji cəbhə olan Yevangelist-sionist ittifaqıdir.Onlar Tehranı küncə sıxmaq üçün Trumpdan istifadə etməyə davam edəcəklər.Trumpda seçki öncəsi onların səsi üçün hər şeyə gedə bilər.İndi İrana müdaxilə olunacağını düşünmürəm.Heç ABŞ-ın hələlik bir niyyəti də yoxdur.Lakin əllər tətikdədir.

İranla bağlı Rusiya daha çox müdaxilə etmiyəcəyi kimi görünür.Rusiya İranın daima Qərblə konfrantasiyada qalmasına maraqlıdır.Bu baxımdan Trump onların işinə yarıyır.Trump istəmədəndə olsa İrana qarşı siyasəti Rusiyaya divident verir.Bununla onlar Avropada enerji dominantlığını qoruyur,həmçinin neftin qiymətinin artımından Rusiya əlavə gəlir qazanmaqla sanksiyalardan nəfəslik əldə edir.Bu baxımdan İranda rejim dəyişikliyi Moskvaya sərf etmir.Bu baxmayaraq İranın güclənməsi və nüvə dövlətinə çevrilməsini də Moskva istəmir.Bu heç bizim maraqlarımıza da uyğun deyil.İrana qarşı istənilən müdaxilə bizə təsir edəcək.Qonşu dövlət və soydaşlarımızın orda yaşaması aspekti ilə İrana qarşı açıq müdaxilə bizim üçün təhlükələr formalaşdırır.Xüsusilə çətin seçim qarşısında qala bilərik. Azərbaycan heç vaxt İrana qarşı plasdarm funksiyasını yerinə yetirmiyəcək.

Kamran Sultanlı, müstəqil ekspert
Xəbəri paylaş