Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Füzuli Məmmmədovun xeyirxah xidmətləri öz xalqına və torpağına böyük sevginin nümunəsidir



Məhəmməd Əsədullazadə: "Bu sevgi və əməl hər bir kəsə nəsib olmur"

Fuad Əliyev: " Biz həmişə xeyriyyəçi timsalında Şəmsi Əsədullayev, Zeynalabdin Tağıyevi və başqalarını yada salırıq. İnanıram ki, bu gün və gələcəkdə də Füzuli Məmmədovun adı onlarla bir cərgədə çəkiləcək"


Newscenter.az.1.07.2019. Azərbaycan tarixində elə şəxsiyyətlər olub ki, onlar yaşadıqları dövr ərzində xalq, millət üçün çox böyük işlər görüblər. Uzun illər adının çəkilməsi yasaq olan, amma hər zaman tarixin və qədirbilən insanların yaddaşlarında yaşayan Musa Nağıyev, Ağabala Quliyev, Gövhər ağa, Hacıağa Dadaşov, Hacı Zeynalabdin Tağıyev, İsa bəy Hacinski, Murtuza Muxtarov, Şəmsi Əsədullayev.. və başqaları kimi.

Azərbaycanın milyonçularının hər biri müxtəlif sahələrdə xeyriyyəçilik fəaliyyətləri ilə adlarını Azərbaycan tarixinə yazdırıblar. Tarix boyu onların adları fəxrlrə, hörmətlə çəkiləcək.

Bu gün Füzuli Məmmədov həmin xeyriyyəçilik ənənələrini davam etdirənlərdəndir. Həm xeyriyyəçilik, həm də diaspor sahəsində vətəninə, millətinə, xalqına xidmətdədir. Bu xidmət yolu heç də asan, hamar olmayıb. F.Məmmədov bu yolda çox maneələrlə üzləşib, dostunu, düşmənini tanıyıb, büdrəyən anları da olub, amma yıxılmayıb, ayaq üstə durmağı bacarıb. Bu da onun əzmkarlığından, güclü iradəyə malik bir şəxsiyyət olduğunu sübut edən faktorlardan biridir.

Tanınmış iş adamı, xeyriyyəçi Füzuli Məmmədov doğulduğu Naxçıvan torpağının dilbər güşəsi olan Ordubad rayonunun vətənpərvər, mərd övladlarındandır. Gənclik illərindən Rusiyada yaşamasına baxmayaraq qəlbi daim Azərbaycan üçün döyünüb. Onun həyata keçirdiyi saysız-hesabsız xeyriyyəçilik addımlarını çoxları yaxşı bilir. Bu gün hamı Füzuli Məmmədovu açıq ürəkli, xeyirxah insan kimi tanıyır. Onun qapısını döyən hər kəs heç vaxt əliboş geri qayıtmayıb. Onun köməyə ehtiyacı olan yüzlərlə insana əl tutduğu heç kimə sirr deyil. Xeyriyyəçiliyi həyat amalına çevirən həmyerlimizin əsl vətənpərvər olması uzun illərdir hər kəsə bəllidir.

Dünyanın müxtəlif ölkələrində onlarla azərbaycanlı var ki, F.Məmmədovdan da artıq böyük kapitala sahibdirlər. Amma böyük ürəyə - o ürəyə ki, xalqı, dövləti ilə çırpınır, ona sahib deyillər. F.Məmmədov bu gün böyük və məsuliyyətli bir missiyanın ağırlığını üzərinə götürüb - diasporlarımız arasında birlik və həmrəyliyə nail olmaq. On illərdir ki, bu məqsədə nail ola bilmirik. F.Məmmədov iki ay öncə Rusiya Azərbaycanlıları İttifaqını yaratmaqla həmrəyliyə nail olmağın mümkünlüyü mesajını verdi. Onun bu layihəsi dünyanın dörd bir yanına səpələnmiş azərbaycanlılara bir nümunədir.
Füzuli Məmmmədovun xeyirxah xidmətləri öz xalqına və torpağına böyük sevginin nümunəsidir

ALDP sədri Fuad Əliyev F.Məmmədovun xeyriyyəçilik missiyasını yüksək qiymətləndirib. Partiya sədri bildirib ki, F.Məmmədov yeganə azərbaycanlı milyonçudur ki, xalqına bu qədər dəstək olub: "Bilirsiniz ki, mənim Rusiya daxil olmaqla, Avropa ölkələri, ABŞ, Yaxın və Orta Şərq ölkələri ilə əməkdaşlığım mövcuddur. Füzuli Məmmədovun Qarabağ qazilərinə mənzil bağışlaması, ümumilikdə onun xeyriyyəçilik əməlləri ilə yanaşı, dünya azərbaycanlılarının həmrəyliyi, birliyi üçün çalışdığı bütün dünyada təqdir olunur. Füzuli Məmmədovun xeyriyyəçiliyi ancaq bununla bitmir. Azərbaycan həqiqətlərini, ermənilərin işğalçılıq siyasətini dünya ictimaiyyətinə çatdırmasında da imkanı daxilində böyük işlər görüb. Füzuli müəllim, Avropada, Rusiyada hansısa tədbir keçirən diaspor təşkilat sədrlərindən deyil. O, daha böyük layihələrə imza atan şəxsdir. Rusiyada, Avropada həm milyonçu, həm də xeyriyyəçi kimi böyük nüfuz sahibidir. Biz həmişə xeyriyyəçi timsalında Şəmsi Əsədullayev, Zeynalabdin Tağıyevi və başqalarını yada salırıq. İnanıram ki, bu gün və gələcəkdə də Füzuli Məmmədovun adı onlarla bir cərgədə çəkiləcək".

Politoloq Məhəmməd Əsədullazadə isə F.Məmmədovun xeyriyyəçilik əməlini qiymətləndirərək qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından və sağlımlığından keçən hərbiçilərimizə qayğı daima diqqət mərkəzində olmalıdır. Bu qayğı istər dövlət, istərsə də xeyriyyəçi insanlar tərəfindən həyata keçirilir. Çünki, ərazilərimizin 20 faizi düşmən tapdağı altındadır. Müharibə bitməyib və istənilən an müharibə edib ərazilərimizi düşmənin işğalından azad etməliyik. Bütün gənclər bu ruhda tərbiyə olunmalıdır, vətən uğrunda şəhid olan və qazilərimizə qarşı bu diqqəti görəndə onlarda mübarizə əzmi daha da artır: "Azərbaycan xalqının oğlu, xeyriyyəçi Füzuli Məmmədovun şəhid ailələrinə və qazilərə diqqəti onun xalqına necə sədaqətli və sevgi olduğunu görürük. O öz xeyirxah əməlləri ilə ölkədə nümunədir. Qazilərimizə qarşı onun diqqəti və qayğısı vətənə xidmətdir. Hər bir insana vətənə layiqincə xidmət etmək müəyəssər olmur, Torpaq uğrunda şəhid olanlar, qazilərimiz və onlara qarşı qayğı göstərənlər deyərdim ki, vətənə ən böyük xidmət edirlər. Bu Allah yanında böyük savab və xalq qarşısında əzəmətli xidmətdir. Hörmətli Füzuli Məmmmədovun bu xeyirxah xidmətləri öz xalqına və torpağına böyük sevginin nümunəsidir. Bu sevgi və əməl hər bir kəsə nəsib olmur".

Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov da F.Məmmədovun diaspor quruculuğu sahəsində apardığı islahatları dəstəklədiyini bildirib: "Azərbaycan, dünya azərbaycanlıları Füzuli Məmmədov kimi insanların qədrini bilməlidir. Onun xeyriyyəçilik işləri barədə eşitmişəm, ona qara yaxan, böhtan dolu yazıları da oxumuşam. Təəssüflənirəm, vətənə, millətə, xalqa xidmət edən bir şəxsiyyətə çirkab atmaq, azından şərəfsizlikdir. Biz ona dəstək olmaq, yanında dayanmaq əvəzinə, onun işlərini gözdən salmağa cəhdlər etməməliyik. Nə qazanacağıq, əksinə itirəcəyik. Füzuli Məmmədovun vətən, millətnaminə gördüyü bütün işləri dəstəkləməliyik. İkinci bir xeyriyyəçi göstərin ki, onun kimi belə layihələrə imza atsın. Füzuli Məmmədov həm pul xərcləyir, həm də ideoloji maarifləndirmə işi aparır. Həm kapitalını, həm ağlını, düşüncəsini, ideyalarını bu millətə xərcləyir. Bu böyük, əvəzolunmaz bir işdir".

Əksər ictimaiyyət nümayəndələri F.Məmmədovu vətənini, xalqını sevən əsl azərbaycanlı obrazı kimi digərlərinə nümunə olduğunu göstəriblər. Amma onu da qeyd edək ki, F.Məmmədovun bu yolu heç də hamar deyl. Bu yolda onun qarşısına çox maneələr çıxacaq, bilərəkdən, bilməyərəkdən. Ancaq inanırıq ki, o bütün maneələri dəf edərək yalnız Azərbaycan, milləti və dövlətinin gələcəyi üçün bütün gücünü səfərbər edəcək.
Avrasiya.net
Xəbəri paylaş