Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Türk Hava Yolları” 47 istiqamətdə endirim kampaniyasına start verir



Newscenter.az.30.07.2019. Dünyada ən çox istiqamət üzrə uçuşlar həyata keçirən “Türk Hava Yolları” bu ilin noyabr ayının 1-dən 2020-ci ilin 31 mart tarixinə qədər endirim kampaniyası elan edir. Şirkətin Bakı ofisindən Newscenter.az-a daxil olan məlumata görə, 47 istiqaməti əhatə edəcək endirim kampaniyasının biletlərini 7 avqust tarixinə qədər əldə etmək mümkündür. Vergilər biletlərin qiymətlərinə daxildir.

Endirimli qiymətlərdən yararlanaraq ekzotiv Maldiv, Mavriki, Bali və Seyşel adalarını, həmçinin,THY tərəfindən yeni açılmış Marrakeş, Mexiko və Kankun istiqamətlərini kəşf edə bilərsiniz. Bu istiqamətdə uçuşların qiymətləri 499-699 Avro aralığındadır.

Bundan başqa, ABŞ-ın Vaşinqton, Boston, Hyuston, Atlanta, San-Fransisko, Los-Anceles and Mayami şəhərləri də endirimli kampaniya siyahısında yer alıb. Qeyd olunan istiqamətlərdə biletlərin qiymətləri 599-719 Avro aralığında dəyişir.

Latın Amerikasına səyahət etmək istəyənlər Buenos-Ayres, San-Paulu, Boqota, Havana, Panama, Karakas şəhərlərinə avqustun 7-nə kimi 699 Avroödəməklə səfər edə bilərlər.

Kampaniya çərçivəsində Uzaq Şərqiseçənlər 479-599 Avro ödəməklə Pekin, Honkonq, Tokio, Seul, Kuala Lumpur, Manila, Sinqapur, Banqkok,Phuket, Hanoy və ya Hoşimin şəhərlərindən birinə səyahət edə bilərlər.
Xəbəri paylaş