Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xaçmazda İcbari Tibbi Sığorta haqqında maarifləndirmə tədbiri keçirilib



Newscenter.az.21.09.2019. “Sağlamlığa Xidmət” İctimai birliyi Xaçmaz rayon Turizm və İnformasiya Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İlkin Səhiyyə Xidməti sahəsində çalışan tibb işçilərinin və ümumi əhalinin İcbari Tibbi Sığorta mexanizmi barədə məlumatlılığının artırılması” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirdi. Tədbirdə Rayon Mərkəzi Xəstəxanasının tibb heyəti ilə yanaşı, sıravi vətəndaşlar da iştirak edirdilər.

Newscenter.az xəbər verir ki, tədbirin məqsədi rayon əhalisini, o cümlədən tibb işçilərini İcbari Tibbi sığorta sistemi barədə məlumatlandırmaq idi. Tədbiri giriş sözləri ilə açan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı Sona Hacıyeva İcbari tibbi sığortanın ölkə əhalisinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədi ilə tətbiq edildiyini və bu sistemin pilot rayonlardakı uğurlu fəaliyyətindən danışıb.

Daha sonra Sağlamlığa Xidmət İctimai birliyinin “İlkin Səhiyyə Xidməti sahəsində çalışan tibb işçilərinin və ümumi əhalinin İcbari Tibbi Sığorta mexanizmi barədə məlumatlılığının artırılması” layihəsinin rəhbəri Pərvanə Vəliyeva İcbari tibbi sığorta haqqında geniş təqdimatla çıxış edərək, iştirakçıların suallarını cavablandırıb, sistem barədə təkliflərini dinləyib.

Tədbirdə iştirak edən tibb işçiləri 1 yanvar 2020-ci ildən dövlət səhiyyə sisteminə daxil olan və “TƏBİB”-in tabeçiliyində olan tibb müəssisələrində çalışan həkimlərin məvaciblərinin artırılmasının sevindirici hal olduğunu bildirmiş və ölkə başçısına səhiyyə sahəsində aparılan böyük islahatlara və tibb işçilərinin ölkədə nüfuzunun artırılmasına xüsusi diqqət göstərdiyinə görə dərin təşəkkürlərini bildirmişlər.
Xəbəri paylaş