Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Şura və Əli Kərimlinin virtual çağırışları

Milli Şura və Əli Kərimlinin virtual çağırışları


Newscenter.az.23.09,2019. "Xaricdə hakimiyyətə sosial şəbəklər vasitəsi ilə müxalif mühacirlərin informasiya hücumları, xalqı inqilab və itaətsizlik etməyə çağırışları müsbət effekt verməyəcək. Bu çağırışlar təbii ki, xalqın müəyyən kəsimində maraq oyadır və öz sosial durumundan narazılıq fonunda onların bu kimi təhlükəli çağırışlarını diqqətlə izləyirlər".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən AXCP-nin sədr müavini Məhəmməd Əəsədullazadə deyib ki, belə bir çağırışlara real dəstək verməsələr də, proseslərin davam etməsi nəticəsində cəmiyyətdə və hakimiyyətdə tektonik hərəkətlənməyə gətirir:

"İlk növbədə iqtidar borcludur ki, siyasi-iqtisadi islahatlara getsin, ölkədə vətəndaş cəmiyyətinin inkişafına yaşıl işıq yandırsın. Baş verənlər cəmiyyətdə siyasi düşmənçiliyin inkişafına şərait yaradılmaqla, siyasi deqredadasiyaya gətirib çıxarır. Bu da dövlətçiliyin zədələnməsinə gətirir. Ölkədə mitinq keçirilməsinə qərar verilməsi, sosial şəbəkələr vasitəsilə təbliğatlara baxmayaraq ölkə əhalisinin bu aksiyaya real şəkildə dəstəyi gözlənilməyəcək. Qeyd edim ki, iqtidara xarici güc mərkəzləri dəstək verir. Regional şərtlər iqtidarın əleyhinə deyil".

Məhəmməd Əsədullazadə qeyd edib ki, ölkə daxilində Milli Şura və Əli Kərimlinin virtual çağırışları, problemləri qabartması manipulyasiyadır və həlledici məqamda xalqı problemlə üz-üzə qoymağa hazırdırlar:

"Bu kəsim şəxsi mənafeləri uğrunda müxalifətin birləşməsinə zərbə vurub. Sadəcə, iqtidar xalqın siyasi mariflənməsini, birləşməsini özü üçün risk hesab edir və nəticədə proseslər indiki kimi öz əleyhinə işləyir. İqtidar üçün xarici təhlükə yoxdur. Qeyd etdiyim kimi ABŞ, Rusiya və Avropa iqtidara tam dəstək verir. Yalnız iqtidar xalqın kortəbii narazılığından ehtiyat edir. Bu da sosial vəziyyətin ağırlığından irəli gəlir. İqtidar daxilində müəyyən qruplar var ki, onlar sosial islahatlarda maraqlı deyillər. Onlar bundan istifadə edərək, komanda içində öz oyunlarını həyata keçirilər. Mütləq şəkildə islahatlar olmalıdır".

Xosrov
Xəbəri paylaş