Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Düşmən millətdən olan şəxslərin hansısa yollarla ölkəmizin içinə sızması çox ciddi məsələdir



Newscenter.az.4.11.2019. "Bakı küçələrində gecə saatlarında avtomobillə hərəkət edərək erməni mahnısını səsləndirib əylənən və Azərbaycan dövləti əleyhinə, azərbaycanlılar əleyhinə kobud ifadələr işlədən şəxslərin bu hərəkətləri heç şübhəsiz ki, təxribat məqsədilə sosial şəbəkələrə ötürülüb. Məhz bu səbəbdən də sözügedən provokasiya xarakterli video qısa müddətdə sürətlə yayılıb".

Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. Onun sözlərinə görə, bir çoxları hesab edir ki, bu videoda yer alan şəxslər gizli yolla Azərbaycana gəlmiş erməni gəncləridir:

"Ancaq bu faktın dəqiqləşdirilməsinə ehtiyac var. Çünki videodakı şəxslər öz danışıq tərzləri ilə erməni yox, guya gürcü olduqlarını bildirmək istəyirlər. Sözün açığı, mən gürcülərin belə bir yaramaz hərəkətə yol verə biləcəklərinə inanmıram. Bu cür murdar işlərə imza atmaq ancaq və ancaq ermənilərin ağlına gələ bilər".

Partiya sədri deyib ki, biz müharibə vəziyyətində olan bir ölkəyik və belə bir məqamda düşmən millətdən olan şəxslərin hansısa yollarla ölkəmizin içinə sızması çox ciddi məsələdir:

"Əminəm ki, əlaqədar dövlət qurumlarımız bu məsələni dərhal nəzarətə götürüb gərəkən addımları atacaqlar".

Xosrov
Xəbəri paylaş