Newscenter.az.25.11.2019. Bu gün səhər saatlarında metronun "Xalqlar Dostluğu" stansiyasında böyük sıxlıq yaranıb. Modern.az-ın stansiyada olan əməkdaşının verdiyi məlumata görə, buna səbəb qatarlararası intervalın müəyyən edilmiş limitdən çox olmasıdır.
Belə ki, saat 08:20 radələrindən etibarən qatarlarlar 6-7 dəqiqəlik intervalla işləyib. Bu isə platformoda çox sayda sərnişinin toplanmasına və sıxlığa səbəb olub.