Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTİ mütəxəssisləri ABŞ-da heyvan xəstəlikləri üzrə konfransda iştirak ediblər



Newscenter.az.3.12.2019. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində tədqiqatçıların heyvan xəstəlikləri üzrə 100-cü konfransında (CRWAD 100th meeting - Conference of Research Workers in Animal Diseases) iştirak ediblər.

AQTA-dan Newscenter.az-a bildirilib ki, konfransın keçirilməsində məqsəd infeksion heyvan xəstəlikləri ilə bağlı dünyada aparılan son elmi-tədqiqat işlərinin nəticələrini və bu sahədə əldə olunan nailiyyətləri müzakirə və təbliğ etməkdir.

Tədbirdə AQTİ-nin mütəxəssisləri ölkəmizdə heyvandarlıq sahəsində mövcud olan xəstəliklərlə bağlı aparılan son tədqiqatların nəticələri, əldə olunan nailiyyətlər və bu sahədə qarşıda duran məsələlərlə bağlı məlumat veriblər.

Belə ki, İnstitutun əməkdaşları İlqar Əzimov “Azərbaycanda 2008-2018-ci illərdə qarayara törədicisinin kənd təsərrüfatı heyvanlarının qulaq və gön dəri nümunələrində laborator qiymətləndirilməsi”, Aynur Əsgərova “Azərbaycanda 2012-2014-cü illərdə kənd təsərrüfatı heyvanlarında brusellyozun (brucella abortus) izolyasiyası” mövzusunda təqdimatlar ediblər.

Orxan
Xəbəri paylaş