Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Onlar İlham Əliyevə güvənirlər



Newscenter.az.10.12.2019. Hər bir dövlətin və dövlət başçısının nüfuzu ilk növbədə onun qonşu ölkələrlə, digər dövlət başçılıarı ilə münasibətlərinin yaxşı və ya pis qiymətləndirilməsi ilə ölçülür. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevi həqiqətən də sözün tam mənasında uğurlu dövlət başçısı hesab etmək olar. Çünki İlham Əliyev "qonşularla sıfır problem" xəttini yürüdərək bizi əhatə edən ölkələrin hamısı ilə mehriban qonşuluq, sıx əməkdaşlıq və strateji müttəfiqlik münasibətləri qurmağı bacarıb. İşğalçı Ermənistanı çıxmaq şərtilə bugünləri çevrəmizdəki bütün ölkələrlə - Türkiyə, Rusiya, İran və Gürcüstanla həm iqtiadi-siyasi münasibətlərimiz, həm də mədəni və humanitar əlaqələrimiz daim yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan bu ölkələrin hər biri üçün vazkeçilməz, önəmli ölkə halına gəlib.

Cənab Prezidentin qonşu ölkələrin hökumət və dövlət başçıları ilə şəxsi dostluq münasibətləri də yüksək səviyyədədir. Bu liderlərin hamısı İlham Əliyevə böyük hörmət və rəğbət hissilə yanaşırlar. Gürcüstan Respublikasının Prezidenti xanım Salome Zurabişvilinin dövlətimizin başçısı haqqında söylədiyi "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir” sözü də bu fikirimizin əyani təsdiqidir. Onu da deyim ki, Zurabişvili bu sözü sadəcə kompliment kimi, gəlişigözəl söz kimi deməyib. O, prezident postunda fəaliyyət göstərdiyi son 2 il ərzində Azərbaycanın Gürcüstan üçün necə bir əvəzsiz, alternativsiz ölkə, qiymətli müttəfiq olduğunu real şəkildə gördü və dərk etdi. Məhz buna görədir ki, Zurabişvili öz açıqlamasında Gürcüstanın bir dövlət kimi öz mövcudluğunu davam etdirməsi üçün mühüm əhəmiyyət kəsb edən regional layihələrin reallaşdırılmasında Azərbaycan Prezidentinin rolunu məxsusi olaraq qeyd edib:"Son illər tək TANAP layihəsi deyil, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə bir çox layihələr reallaşıb. Bu layihələrin həyata keçirilməsində Azərbaycan Prezidentinin xüsusi rolu olub".

İlham Əliyev bu cür yüksək qiyməti öz şəxsi keyfiyyətlərinin sayəsində və qonşu ölkələrə münasibətdə düzgün strateji siyasət yürütdüyünə görə qazanıb. Odur ki, dövlətimizin başçısının apardığı uğurlu iqtisadi siyasətə və onun şəxsiyyətinə qonşu dövlət rəhbərləri tərəfindən xüsusi hörmətlə yanaşılmasını yüksək qiymətləndiririk. Bu gün tam əminliklə deyə bilərik ki, İlham Əliyev qonşu ölkələrin rəhbərlərinin gözündə etibar edilə biləcək lider və ən səmimi qonşu ölkə rəhbəri statusunu qazanmağı bacardı. İlham Əliyev çətin günün dostu olmağı bacardığını Gürcüstan rəhbərliyinə də, Ukrayna, Belarus və digər ölkələrin liderlərinə də dəfələrlə əyani şəkildə göstərib. Odur ki, onlar İlham Əliyevə güvənirlər.

Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Xəbəri paylaş