Newscenter.az.4.12.2019. Vətəndaş məmnunluğunu öyrənmək məqsədi ilə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində sorğu keçirilib.
Newscenter.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, “Nəqliyyat Agentləri” könüllülərinin iştirakı ilə keçirilən sorğuda rəyi öyrənilən 50 nəfər sərnişinin tam əksəriyyəti mərkəzdə yaradılan şəraitdən razı qaldıqlarını bildirib. Sərnişinlər “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin yenidən qurulmasının dövlətin son illər şəhər nəqliyyatının inkişafına ayırdığı xüsusi diqqətin təzahürü kimi dəyərləndiriblər.
Anar