Newscenter.az.4.12.2019. Konstitusiya Məhkəməsi Plenumunun iclası müşavirədən sonra davam etdirilib.
Newscenter.az xəbər verir ki, iclasda qərar elan olunub.
Qərarı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev oxuyub.
Plenum iclasının yekunu olaraq “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı qərar qəbul olunub.