Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxtda "Azəriqaz" adından dələduzluq edilir



Newscenter.az.4.12.2019. Bir neçə gündür ki, Nizami rayonunun Elşən Süleymanov küçəsində bina evlərindən bir nəfər naməlum şəxs smart-kart tipli sayğacların kartlarının dəyişdirilməsi adı ilə pul yığır.

Newscenter.az-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olan məlumata görə, hər abonentdən 10 manat tələb edilir. “Azəriqaz” İstehsalat Birliyi olaraq bildiririk ki, əməkdaşlarımız abonentlərlə heç vaxt bu cür ünsiyyətdə olmur və smart-kartların zədələnmədiyi halda istifadə müddəti məhdudiyyətsizdir.

Həmin şəxsin müşahidə kameraları ilə qeydə alınan görüntülərini “Azəriqaz” İB-nin “youtube kanalındakı bu ünvanından (https://www.youtube.com/watch?v=rRJjNEbF8a4) izləyə bilərsiniz.

Zaur
Xəbəri paylaş