Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti ÜGT Siyasi Komissiyasının iclasında iştirak edib



Newscenter.az.5.12.2019. Dekabrın 3-5 tarixlərində Koreya Respublikasının Seul şəhərində Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının 82-ci sessiyası keçirilib.

Newscenter.az-a DGK-dan bildirilib ki, tədbirdə Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Sessiyada ÜGT-nin Baş katibi Kunio Mikuriya təşkilatın strateji planı üzrə görülən işlər barədə hesabatı Siyasi Komissiya üzvlərinin diqqətinə çatdırıb, eləcə də ayrı-ayrı fəaliyyət sahələri üzrə illik hesabatlar dinlənilib.

Eyni zamanda, elektron kommersiya, digər maliyyə qurumları ilə əməkdaşlıq, malların təsnifatı üzrə harmonik sistem, kruiz gəmiləri ilə bağlı gömrük nəzarəti tədbirləri, azad ticarət zonaları, gömrük sistemində böyük həcmli məlumatlardan istifadə və informasiya-kommunikasiya texnologiyalarının tətbiqi kimi texniki məsələlər müzakirə olunub.

Siyasi Komissiyanın üzvləri ÜGT-nin 2019-2022-ci illər üzrə strateji planını, yeni kommunikasiya strategiyasını, maliyyə xərcləri və büdcəsini, seçkili orqanların fəaliyyət reqlamentini və hesabat vermə məsələlərini, həmçinin gender bərabərliyi və digər ümumi idarəçilik məsələlərini də müzakirə ediblər.

Seula səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti və Rusiya Federal Gömrük Xidmətinin nümayəndələri arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı Azərbaycanın ÜGT-nin Avropa Regionu üzrə sədr müavinliyi dövründə həyata keçirəcəyi layihələr və region üçün əhəmiyyətli məsələlər barədəi fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ÜGT-nin Siyasi Komissiyası təşkilatın məhdud sayda üzvlərindən formalaşdırılır. Siyasi Komissiya bütün üzv gömrük xidmətlərinin iştirak etdiyi ÜGT Şurası tərəfindən qərarların daha effektiv qəbulu üçün müxtəlif siyasət tədbirləri, layihələr və prosedurlarla bağlı təşəbbüslərlə çıxış edir.

Hazırda regional bölgü prinsipi əsasında ÜGT Siyasi Komissiyasına təşkilatın 6 regionundan 17 dövlət, hər region üzrə sədr müavinləri, həmçinin müşahidəçi qismində Audit Komitəsi və Maliyyə Komitəsinin nümayəndələri daxildir.

Azərbaycan Siyasi Komissiyaya ÜGT-nin Avropa Regionu üzrə sədr müavini qismində üzvdür.

Zaur
Xəbəri paylaş