Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İşağlçı ölkə üçün gələn il limitin bitməsidir



Newscenter.az.5.12.2019. “Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Bratislava görüşündə heç bir ciddi nəticə əldə edilmədi. Sadəcə tərəflər gələn ilin əvvəlində görüşəcəklərini razılaşdılar”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, prinsip etibarıilə Ermənistan humanitar aksiyalarda razılaşmalı və azərbaycanlı girovlar Dilgəm Əsgərov və Şahbaz Quliyevi azad etməli idi:

“Çünki, bu istiqamətdə ciddi danışqlar aparılmışdı. Rəsmi Yerevan bu razılşmada maraqlı olmadı. Danışıqlarda iki girovumuzu qaytarmayan Ermənistan torpaqları heç qaytarmayacaq. Göründüyü kimi il ərzində aparılan danışıqlarda Ermənistan tərəfi qəti şəkildə etimad mühitinin formalşaması üçün humanitar aksiyanın nəticəsi olan əsirlərin "Hamıya-hamıya"prinsipi ilə qaytarılması ilə razılaşmadı. Demək, Emənistan bundan sonra da yalnız manipulyasiyanı özündə ehtiva edən jurnalistlərin qarşılıqlı səfərlərində maraqlı olacaq. Rusiya tərəfi də əsirlərin dəyişdirilməsində maraqlı görünmədi”.

Politoloq deyib ki, Bratislava görüşü danışıqları irəliyə aparmaq üçün bir şans idi:

“Hətta Elmar Məmmədyarov qeyd etmişdi ki, bu görüşdə və masada olan sənədlərlə Ermənistanın substantiv danışıqlarda maraqlı olub-olmaması aydın olacaq. Məhz cənab Məmmədyarov bunu xüsusi vurğulamışdı ki, bu görüşlə danışqlarda Ermənistan tərəfinin mövqeyi tam aydın olacaq. Ermənistan hakimiyyəti danışıqlarda maraqlı deyil. Azərbaycan Ermənistanın yeni hakimiyyətindən konstruktiv mövqe gözləməməli, Rusiya ilə danışıqları intensivləşdirməlidir. Artıq, Rusiyadan yeni silahların alınması barədə razılıq əldə edilib”.

Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycanda yeni inkişafa doğru siyasi-iqtisadi dəyişikliklər gedir:

“Ordunun döyüş imkanları yüksək səviyyədədir. Danışıqlar prosesinin gələn ildən Ermənistan üçün manipulyasiya olmayacağı gözlənilir. 2016-cil ildə olduğu kimi cəbhədə aktivlik artacaq. İşağlçı ölkə üçün gələn il limitin bitməsidir. Azərbaycan 2016-cı ildən bəri kifayət qədər danışıqlarda maraqlı olduğunu göstərdi və Ermənistana vaxt tanıdı. Nəticə isə, sıfır. Azərbaycan hazırkı real vəziyyətlə barışmayacaq. Silahların gələn ildən işə düşməsini mümkünlüyünü Ermənistan tərəfi atdığı addımlarla yaxınlaşdırır”.

Xosrov
Xəbəri paylaş