Newscenter.az.6.12.2019. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkilib.
Newscenter.az Yevlax Şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir ki, böyük şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan bu nəcib təşəbbüsə respublikamızın bütün bölgələrində olduğu kimi Yevlax şəhərində də geniş ictimaiyyət nümayəndələri, həmçinin dövlət və hökumət qurumlarının təmsilçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri və könüllü gənclər qoşulub.
Rayonda təşkil olunan möhtəşəm kompaniyada 5750 ağac tinkləri əkilib.
Xosrov