Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almaniyanın Wurzburq şəhərində Azərbaycan Günü keçirilib



Newscenter.az.7.12.2019
. "Odlar Yurdu" Gənclər İctimai Birliyinin tərəfdaşı olduğu, 7 ölkənin (Almaniya, Makedoniya, Bolqarıstan, Ruminiya, Macarıstan Türkiyə və Azərbaycan) təmsil olunduğu "Young Journalists (Communication Lab)" layihəsi 2 - 9 dekabr tarixlərində Almaniyanın Wurzburq şəhərində keçirilir.

Newscenter.az xəbər verir ki, Azərbaycanı "Odlar Yurdu" Gənclər İB-nin sədr müavini Xəzər Cabbarlı, baş katib Ruslan Vəliyev, beynəlxalq əlaqələr departamentinin sədri Əziz Məmmədov, könüllülər Aydan Cəfərli, Cavidan Abbasov və Afaq Hüseyinova təmsil edir.

Layihənin məqsədinə müvafiq fəaliyyətlərlə yanaşı gənclər müxtəlif sosial və mədəni tədbirlərdə də iştirak edirlər. 5 dekabr tarixində isə gənclərin təşkilatçılığı ilə Azərbaycan Günü təşkil edilib.

Milli mətbəxi əks etdirən təamlardan ibarət masa təşkil olunub, Azərbaycan tarixi, mədəniyyəti və s. haqqında təqdimatla çıxış edilib, video çarxlar nümayiş olunub. Təqdimat böyük maraqla qarşılanıb. Azərbaycanla bağlı suallara doğru cavab verən xarici gənclərə ölkəni təsvir edən kiçik hədiyyələr təqdim olunub.

Layihə 9 dekabr tarixində yekunlaşacaq.
Xəbəri paylaş