Newscenter.az.10.12.2019. Bakıda tikinti materialları bazarında güclü yanğın başlayıb.
Binəqədi rayon ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş verən yanğınla əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyində (FHN) "Çağırış 3" elan olunub.
FHN-dən bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.