Newscenter.az.10.12.2019. Bakı Mühəndislik Universitetində (BMU)Hindistanın Dr. D.Y. Patil adına İdarəetmə Elmləri İnstitunun nümayəndələri iləgörüş keçirilib.
Newscenter.az-a təhsil ocağından bildirilib ki, görüşdə Hindistanın Dr. D.Y. Patil adına İdarəetmə Elmləri İnstitutunun direktoru, professor Ashutosh Misal, İdarəetmə şöbəsinin direktoru Bharat Chavan Patil, SAMViT Konsultasiya şirkətinin direktoru Pushkar Kulkarni, BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov və iştirak ediblər.
Tərəflər MBA proqramı vəikili diplom məsələləri ətrafında geniş müzakirələr aparıblar.
Sonra keçirilən seminarda professor Ashutosh Misal “Zamanın idarə olunması” mövzusunda təqdimatla çıxış edib.
Sonda qonaqlar universitetdəyerləşən laboratoriyalar, Texnopark və Xarici dillər kafedrası ilə yaxından tanış olublar.
Qeyd edək ki, cari ildəadıçəkilən institutla BMU arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilətərəflərin tədqiqat və innovasiya layihələri sahəsində, həmçinin kommersiya və sahibkarlıq tədqiqatının təşkil olunması məqsədilə birgə fəaliyyətini, yerli və beynəlxalq tədqiqat proqramlarında və layihələrində iştirakını nəzərdə tutur. Müqavilə, eyni zamanda elmi, akademik, administrativ heyətin və tələbələrin professional treninqini və mübadiləsini, birgə beynəlxalq konfransların və forumların təşkilini, tərəflər arasında təhsilin keyfiyyətinin artırılması üçün bütün mümkün hüquqi fəaliyyəti əhatə edir.
R.Mehdiyeva