Newscenter.az.10.12.2019. Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının sərancamı ilə Yalçın Hacızadə AVP sədrinin Hüquqi məsələlər üzrə müavini təyin edilib. Bu barədə məlumat Newscenter.az-a partiyanın mətbuat xidmətindən daxil olub.
Qeyd edək ki, Yalçın Hacızadə 1979-cu ildə Biləsuvar rayonunda anadan olub. 1985-1995-ci illərdə Biləsuvar şəhər Kəmaləddin Ağayev adına orta məktəbi bitirib. “Hüquqşünaslıq” ixtisası üzrə 1996-2000-ci illərdə Bakı Biznes Universitetində bakalavr, 2005-2007-ci ilərdə Türkiyə Respublikasının Akdeniz Universitetində dövlət və bələdiyyə idarəetməsi bölümündə magistr təhsili alıb. 2015-ci ildən Ana Vətən Partiyasının və onun Ali Məclisinin üzvüdür.
Xosrov