Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yevlaxda Heydər Əliyevin anım mərasimi keçirilib



Newscenter.az.10.12.2019. Yevlax şəhərinin mərkəzindəki Heydər Əliyev Sarayında Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, rayonun idarə, təşkilat, təhsil, səhiyyə müəssisələrinin, rayon ictimaiyyətinin, ağsaqallar və gənclərin nümayəndələrinin iştirakı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Rayon İcra Hakimiyyətindən Newscenter.az bildirilib ki, tədbirin aparıcısı, Şuşa Dövlət Teatrının aktyoru, əməkdar artist Nazir Rüstəmov qeyd edib ki, düz 16 il əvvəl dekabr ayında müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xadqımızın Ümummilli lideri Heydər Əliyev əbədiyyətə qovuşdu.

Səhnədəki monitorda Ulu Öndər Heydər Əliyevin portreti canlandırıldı, sonra dahi şəxsiyyətin həyatını və siyasi fəaliyyətini əks etdirən video görüntülər fonunda əməkdar artist Nərgiz Əliyevanın rəhbərlik etdiyi kamera orkestrinin müşayiəti ilə əməkdar artist İlham Nəzərov, tanınmış artistlər Fatimə Cəfərova, Nigar Cəlilova, Süleyman Süleymanov, tarzən Arslan Növrəsli, əməkdar artist Fəridə Məlikova (kamança) və Ceyla Seyidovanın (violin) ifasında Heydər Əliyevin çox sevdiyi mahnılar səslənib.

Anım gecəsi əməkdar artist İlham Nəzərovun ifasında Müslüm Maqomayevin "Azərbaycan" mahnısı ilə sona çatıb.

Xəbəri paylaş