Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransadakı Azərbaycanlı elmi diasporunun ilk görüşü



Newscenter.az.16.12.2019. Fransa Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin dəstəyi ilə Parisdə Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin Mədəniyyət Mərkəzində Frandasakı Azərbaycanlı elmi diasporunun ilk görüşü keçirilib.

Newscenter.az-a daxil olan məlumata görə, görüşdə Fransanın bütün regionlarından gələn əlliyə yaxın azərbaycanlı elmlər namizədləri (PhD) və doktorantlar, həmçinin magistr tələbələri iştirak edib. Təşkilatçı, Fransa Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri Dr.Gunel Səfərova, iştirakçıları salamlayaraq Fransadakı ictimai nəqliyyatda davam edən nümayiş və etiraz aksiyasına baxmayaraq görüşə göstərdikləri marağa və iştiraklarına görə təşəkkürünü bildirib.

Daha sonra görüş iştirakçıları ilə birlikdə Fransada elmi diasporun gələcək məqsədləri, vəzifələri, öhdəlikləri ətrafına fikir mübadiləsi aparılıb və Fransanın elm ocaqlarında elmi iş yazan və bu titulu artıq əldə etmiş həmvətənlərimizin bir araya gətirilməsi və təşkilatlanması üçün elmi diasporun yaradılması qərara alınıb.

Görüşdə təşkilatçı, Fransa Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri Dr.Gunel Səfərova, regionlarda assosiasiya və təşkilatların yaranmasını təşviq edərək, Diasporla iş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondu ilə elektron portallardan istifadə edərək əməkdaşlıq layihələrinin hazırlanması qaydalarından da söhbət açıb.

Azərbaycan Respublikasının Fransadakı Səfiri cənab Rəhman Mustafayev görüşdə iştirak edən azərbaycanlı elmi işçiləri salamlayaraq, elmi diasporun yaradılmasının vacibliyini vurğulayıb və Fransa ali təhsil ocaqlarının kitabxanalarında Azərbaycanla bağlı kitab bazasının genişləndirilməsi üçün səfirliyin dəstək olacağını bildirib,

Görüş iştirakçılarına, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının science.az saytında elmi diaspora portalı və Fransadakı azərbaycanlı tələbə təşkilatları barədə məlumat verilib.

Sonda fəaliyyət planının müzakirələrinin davam etdirilməsi üçün görüşlərin davamlı keçirilməsi qərara alınıb və xatirə şəkli çəkdirilib.

Vaqif
Xəbəri paylaş