Newscenter.az.16.12.2019. UNEC ilə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Newscenter.az-a Mərkəzdən bildirilib ki, memoranduma əsasən, Mərkəz tərəfindən UNEC müəllimləri üçün treninqlər təşkil olunacaq, fiziki məhdudiyyətli tələbələrə psixoloji və loqoped dəstəyi göstəriləcək.
Memorandumu UNEC-in tədris və təlim texnologiyaları üzrə prorektoru, dosent Anar Rzayev və “Loqos” Psixolojivə Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova imzalayıblar. O cümlədən, tərəflər imzalanmış sənəd əsasında birgə tədbirlər planının icrasına başlanılması barədə razılığa gəliblər.