Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

VİP seçki qərarı verməəkdə çətinlik çəkir



Newscenter.az.16.12.2019. Vətəndaş və İnkişaf Partiyası (VİP) Məclisinin iclası keçirilib. Partiyadan Newscenter.az-a bildirilib ki, iclasda VİP-in 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə iştirak məsələsi müzakirə olunub.

Məclisdə geniş məruzə ilə çıxış edən VİP sədri Əli Əliyev ölkədə yaranmış vəziyyəti və növbədənkənar parlament seçkilərinin təyin olunmasını şərtləndirən amilləri ətraflı dəyərləndirib. Partiyanın 9 fevral seçkilərində iştirak məsələsinə münasibət bildirən Məclis üzvlərinin bir hissəsi növbədənkənar parlament seçkilərində iştirakın zəruriliyini önə çəksə də, digər qismi VİP-in boykot qərarı verməsini təklif edib.

Ə.Əliyev təkrar çıxışında VİP-in 9 fevral seçkilərində iştirak və ya boykot qərarının mümkün nəticələrinə toxunaraq, seçkilərə münasibətdə əks variantləri dəstəkləyən Məclis üzvlərinin mövqelərini uzlaşdırmağın vacibliyini bildirib. Lakin səsvermə zamanı yetrəsayın olmaması və VİP sədrinin bu tövsiyəsi nəzərə alınaraq, iclasın dekabrın 21-də davam etdirilməsi məqsədəuyğun sayılıb.

Xosrov
Xəbəri paylaş