Newscenter.az.19.12.2019. İqtisadi Əməkdaşlıq Təşkilatının Toxum Assosiasiyasının (ECOSA) təşəbbüsü ilə Türkiyənin Antalya şəhərində VII ECO Regional Toxum Ticarəti Konqresi keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Zamil Həsənov, Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti söbəsinin müdir müavini Xaqani Məmmədov, Bitki sortlarının qeydiyyatı sektorunun müdiri Afaq Abbasova, Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma mərkəzinin direktor müavini Xaliq Babayev iştirak ediblər.
Konqrensin əsas məqsədi ECO regionunda toxum ticarətini araşdırmaq və təşviq etmək, həmçinin toxum ticarəti siyasəti, toxum keyfiyyətinin standartları, qeydiyyat və qanunvericilik kimi mövzuları müzakirə etməkdir.
Tədbirdə təqdimatla çıxış edən AXA-nın sədr müavini Zamil Həsənov, ölkəmizdə bitki sortlarının qeydiyyatı və toxum sertifikatlaşdirma prosesi barədə ətraflı məlumat verib. Tədbir cərcivəsində Azərbaycan nümayəndə heyəti bir neçə ölkə, o cümlədən İran və Türkiyə numayəndələri ilə görüşlər keçirilib. Görüşlərdə gələcəkdə bu sahədə təcrübə mübadiləsinin aparılması barədə müzakirələr aparılıb.
Orxan