Newscenter.az.20.12.2019. Mərkəzi İcra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov 20 dekabr 2019-cu il tarixində Gəncə şəhərində “Heydər Əliyev Mərkəzi”nin inzibati binasında vətəndaşları qəbul edib.
Newscenter.az-a Agentlikdən daxil olan məlumata görə, qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Gəncə şəhəri Heydər Əliyev mərkəzində keçirilən qəbulda Gəncə şəhəri, Göygöl və Samux rayonlarından olan 22-dən çox vətəndaşların müraciət və şikayətlərinə baxılıb.
Qəbul zamanı müraciətlər əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Anar