Newscenter.az.20.12.2019. Ərəb gün münasibətilə bir araya gələn səfirlər ölkələrinin milli mətbəxləri nümayiş etdiriblər.
Newscenter.az-a təhsil ocağından bildirilib ki, ötən il Bakı Avrasiya Universitetində rəsmi açılışı olan Kral Abdullah bin Əbdüləziz adına Ərəb dilinə xidmət üzrə Beynəlxalq Mərkəz “Ərəb Dili” günü münasibətilə ərəb ölkələrinin səfirlərini,eləcə də diplomatik nümayəndə heyətlərini bir araya yığıb.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru,professor Nazim Hüseynli diplomatik nümayəndə heyətin növbəti dəfə Bakı Avrasiya Universitetində görməkdən məmnunluğunu ifadə edib. Rektor, o cümlədən Bakı Avrasiya Universitetində fəaliyyət göstərən Ərəbşünaslıq Mərkəzinin 1 illik fəaliyyətinə nəzər salaraq,mərkəzin ölkələrimiz arasındakı elm,təhsil,mədəni əlaqələrinin böyük tövhə verəcəyinə əminliyini vurğulayıb.
Daha sonra tədbirdə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Həməd bin Abdullah bin Xudeyr çıxış edib. Səfir mərkəzin ərəb dilinin tədris və tədqiqatı sahəsində uğurlu fəaliyyət göstərdiyi haqqında məlumatlı olduğunu və bu günün –Ərəb Dili gününün Bakı Avrasiya Universitetində ötən il açılışınsda xeyir–duasını verdiyimiz məhz bu mərkəzdə qeyd edilməsinin sevincini yayaşadığını qeyd edib. Tədbirdə Küveytin dövlətinin müvəqqəti işlər vəkili faisal Almatairi Küveyt və Azərbaycanın dost ölkələr olduğunu və əlaqələrimizin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib.
Ərəb dili günü münasibətilə tədbirə qatılan Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim,İraq ölkəmizdəki səfiri Fadil Al-Şuveyli,İordaniya Haşimilər Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Sami Asem Abdullah Ğoşe,Sudan Respublikasının ölkəmizdəki səfirinin birinci müavini,Əlcəzair Xalq Demokratik Respublikasının müvəqqəti işlər vəkili Ridha Nebais,Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Abdalla əl-Şəmsi Misirin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Adel İbrahim Ahmed və digər ölkələrin diplomatik nümayəndə heyəti əvvəlcə Bakı Avrasiya Universitetinin tələbələri tərəfindən hazırlanan möhtəşəm konsert proqramında iştirak ediblər. Daha sonra isə ərəb ölkələrinin mərkəzdə düzənlənən milli mətbəxləri və milli adət ənənələri nümayiş etdirilib.
Tədbirdə Litvanın Azərbaycandakı səfiri cənab Egidiyus Naviskas da qonaq qismində iştirak edib
R.Mehdiyeva