Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA-dan spirtli içkilərlə bağlı xəbərdarlıq



Newscenter.az.29.12.2019. "Chivas Regal 12" əmtəə nişanlı spirtli içkilərin təhlükəsi ilə bağlı kompleks araşdırılması zamanı bir sıra detallar üzə çıxıb.

Newscenter.az-a Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 161a ünvanında olan anbarda "Chivas Regal 12", "Chivas Regal 18", "Chivas Regal 21", "Jameson", "Grands", "Jack Daniels" adlı və s. viski, "Nemirov", "Ruskiy Standart", "Belyuga", "Grey Gouse", "Minsk", "Qu Quşu", "Region", "Grey Cardinal" adlı və s. araq, "Patron", "Olmega", "Siera", "El Chapo" adlı tekila, "Henessy" və "Remy Martini" konyak və başqa növdən olan 10 min ədəddən artıq spirtli içkilərin öz qutularında, səliqəli şəkildə qapaqları ağızlarına taxılı vəziyyətdə boş şüşələri, həmçinin müxtəlif növ spirtli işçilərin qablaşdırılması üçün nəzərdə tutulmuş qapaqları aşkar olunub. Bu fakt əslində hadisənin nə dərəcədə təhlükəli və irimiqyaslı olduğunu göstərir. Eyni zamanda Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun laboratoriyalarına təqdim olunmuş "Chivas Regal 12" sipirtli içki nümunələrinin sınaq nəticələrində yüksək toksiki təsirə malik metil spirtinin həcm payının normadan (0.05%) dəfələrlə yüksək (76,6%) və insan həyatı üçün son dərəcə təhlükəli olduğu aşkar olunub.

Qeyd edilib ki, metil spirti güclü zəhərli maddədir və ilk növbədə sinir və qan-damar sisteminə təsir göstərir, insan tərəfindən təxminən 10 ml miqdarda istehlakı zamanı göz sinirinin və torlu qişanın zədələnməsinə, korluğa gətirib çıxarır. Ümumiyyətlə 80-150 ml-dən çox qəbulu isə ölümcül təsir göstərir.

Orxan
Xəbəri paylaş