Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMU tələbələrindən maraqlı layihə



Newscenter.az.29.12.2019. Bakı Mühəndislik Universitetinin (BMU) Pedaqoji fakültəsinin Tərcümə ixtisası üzrə təhsil alan tələbələri maraqlı layihə üzərində işləyiblər. Newscenter.az-a təhsil ocağından bildirilib ki, tələbələrin komanda ilə işləmək bacarığını daha da inkişaf etdirən layihə çərçivəsində Azərbaycan filmlərinin qısa fraqmentləri ingilis dilinə tərcümə edilərək səsləndirilib.

Dublyaj layihəsində tələbələr komanda şəklində işləyərək “Bəxt üzüyü”, “Bəyin oğurlanması”, “Qaynana”, “Yol əhvalatı” və başqa bir neçə filmin qısa fraqmentlərinin tərcüməsi ilə yanaşı, montajını da həyata keçiriblər.

Bundan başqa, tələbələr ingiliscə “Sponge Bob” (“Süngər Bob") animasiyasını seçib, onu ana dilimizə tərcümə edərək səsləndiriblər. Layihədə 17 tələbə aktiv şəkildə iştirak edib, animasiyanın tərcüməsini, səsləndirmə və montaj işlərini həyata keçirərək uğurlu iş əldə ediblər.
Qeyd edək ki, layihə Tərcümə və ingilis dili kafedrasının müdiri, dosent Natiq Adilov, kafedranın müəllimi Sevda Hüseynovanın rəhbərliyi və İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Fuad Şərbətovun dəstəyi ilə həyata keçirilib.

R.Mehdiyeva
Xəbəri paylaş