Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəqabətə davamsızlıqlarını ört-basdır etmək üçün sadəcə bəhanə lazımdır

Rəqabətə davamsızlıqlarını ört-basdır etmək üçün sadəcə bəhanə lazımdır


Newscenter.az.29.12.2019. "Yeni Azərbaycan Partiyasının namizədlər siyahısını nisbətən gec açıqlaması zənnimcə, adi seçki texnologiyasıdır. Odur ki, birilərinin bunu müzakirə predmetinə çevirməsi və namizədlərin kimliyi ətrafında süni ajiotaj yaratması absurd təsiri bağışlayır".

Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov səsləndirib:

"Namizədliyini irəli sürənlər və ya sürmək istəyənlər niyə bu qədər həyəcanlanır, narahat olurlar? Əgər sizlər özünüzü həqiqətən də güclü rəqib hesab edir və seçicidən səs alacağınıza da gerçəkdən inanırsınızsa, o zaman sizinçün fərqi nədir ki, namizədliyinizi irəli sürdüyünüz dairədə YAP kimi sizə qarşı alternativ kimi, real güc kimi çıxarır? Siz YAP-ın siyahısında yer alan şəxsləri gündəmə gətirməkdənsə, qolunuzu çirmələyib kampaniyanızı aparın, iiddia və imkanlarınızı ortaya qoyun, elektoratın dəstəyini qazanın".

Partiya sədri qeyd edib ki, YAP-ın siyahısını müzakirə etmək öz gücünə şübhə ilə yanaşanların və yaxud gücsüzlüyünü etiraf etməyi bacarmayanların işidir:

"Seçki kampaniyasını doğru-düzgün, peşəkar şəkildə qurmağı bacaran namizədlər isə YAP-ın siyahını gec açıqlamasına da, o siyahıda yer alanlara da tamamilə normal yanaşırlar. Kimlər ki, bu siyahı məsələsinə bu qədər taxılıb qalır, onlara öz bacarıqsızlığını, rəqabətə davamsızlıqlarını ört-basdır etmək üçün sadəcə bəhanə lazımdır".

Xosrov
Xəbəri paylaş