Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA-dan spirtli içkilərlə bağlı əhaliyə müraciət



Newscenter.az.6.01.2020. Bayram günlərində vətəndaşlarımızın ən çox üz tutduğu ölkələrdən biri olan Gürcüstanda kustar üsulla hazırlanmış spirtli içkilərdən kütləvi zəhərlənmə halları artıb. Yerli mətbuatın məlumatına görə, dekabrın 31-dən yanvarın 3-dək xəstəxanalara 1254 müraciət daxil olub ki, onlardan 844-ü spirtli içkilərdən zəhərlənmə ilə əlaqədardır.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Qida Təhlükəsizliyi Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsi yayıb. Məlkumatda o da qeyd edilib ki, ölkəmizdə də bayram ərəfəsində kustar üsulla spirtli içki hazırlayıb insanların sağlamlığı və həyatı bahasına qazanc əldə etməyə çalışan cinayətkarlara rast gəlirik:

"Bu kimi hallarla bağlı bayram günlərində də əməkdaşlarımız tərəfindən ictimai-iaşə obyektləri və satış müəssisələrində mütəmadi reydlər keçirilib və aşkarlanan faktlarla bağlı qanunmüvafiq tədbirlər görülüb. Aparılan reydlər və görülən tədbirlər barədə qarşıdakı günlərdə ətraflı məlumat verəcəyik. Bu kimi faciəvi hallarla rastlaşmamaq üçün diqqətli olmaq lazımdır. Ucuz olduğu üçün bu içkiləri istifadə etməyi düşünənlər bunun özləri və yaxınları üçün faciə ilə nəticələnəcəyini bilməlidirlər".

Məlumatda daha sonra qeyd edilir:

"Özümüzü və ətrafımızdakı insanları bu cür dələduzların qeyri-insani əməllərindən qorumaq üçün ehtiyatlı olmalıyıq. Belə qanunazidd hallarla üzləşdikdə Qida Təhlükəsizliyi Agentliyinin “1003 – Çağrı mərkəzi”nə məlumat vermək lazımdır. Eyni zamanda hər bir istehlakçı ictimai iaşə, satış və digər məkanlardan qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirməli və məhsulların mənşə sənədlərini tələb etməlidir".

Orxan
Xəbəri paylaş