Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilər indi də kətəni erməniləşdirirlər



Newscenter.az.6.01.2020. Demək, haylar bizim göy qutabını(kətəni) özlərininki kimi "jinqalov hats"(göyərtili çörək) adıyla dünyaya sırıyırlar. "New York Times"da da bununla bağlı yekə bir məqalə dərc etdiriblər. Və elə o məqalədə də bildirilir ki, "jinqalov hats"ı ən yaxşı Qarabağdakı haylar hazırlayırlar.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxılş edən siyasi şərhçi Sahib Alıyev deyib ki, hayların tarixi və coğrafiyanı necə saxtalaşdırırlarsa, Azərbaycan mətbəxinə, musiqisinə yanaşmada da utanıb-çəkinmədən eyni cür davranış sərgilədiklərini hamı bilir:

"Sözüm onda deyil. Baxıram məqalənin altında şərh yerində bir nəfər olsun belə azərbaycanl yazmayıb ki, kətəni niyə haylar yaşayan başqa yerlərdə yox, məhz Qarabağda hazırlayırlar? Bu faktın özü də hayların əndrəbadi ad qoyduqları göy qutabının Qarabağın özü kimi azərbaycanlılara aidliyini açıq-aydın göstərmirmi?. Ümid edirəm ki, ingilisdilli gənclərimiz bu qeydlərimi nəzərə alacaqlar. Onu da nəzərə alacaqlar ki, indi savaş cəbhədən daha çox informasiya müstəvisində aparılır və onun necə nəticələnməsini də bir çox hallarda buradakı fəaliyyət müəyyənləşdirir".

Xosrov
Xəbəri paylaş