Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaşinqtonun siyasəti effekt verməyəcək



Newscenter.az.6.01.2020. "ABŞ İraqda İranın artan siyasi-hərbi təsirini zəiflətməyə çalışır. Amma, Vaşinqtonun bu siyasəti effekt verməyəcək".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, İraqda Haşdi-Şabi qüvvələri üzərindən rəsmi Tehran burada kifayət qədər mövqelərini gücləndirib və hərbi bazalar yaradıb:

"İraqda İranın təsirini zəiflətmək üçün Vaşinqtonun bu əməliyyatları səmərəli olmaya bilər və İraqda növbəti dəfə ABŞ-a qarşı müqavimət hərəkatına gətirə bilər. Müqtəda Əl-Sədrin "Mehdi ordusunun" yenidən meydana çıxarması, ikinci İraq müharibəsinin başlanması olacaq.
İraq parlamenti ABŞ ordusunun ölkə ərazisində fəaliyyətinə son qoymaq üçün toplantı keçirəcək. Əgər, ABŞ-a qarşı qanun qəbul edilərsə, Vaşinqton dirəniş göstərib İraqı tərk etməyəcək. Göründüyü kimi Süleymaninin öldürülməsi çox ciddi münaqişənin başlanmasına gətirib çıxarır".

Politoloq deyib ki, ABŞ təkcə Süleymani məsələsindən deyil, digər vasitələrlə də İrana qarşı mübarizəyə başlamışdı:

"Süleymaninin öldürülməsi regionda vəziyyəti gərginləşdirməsinə baxmayaraq, Trampa seçki öncəsi divident gətirəcək. Amma, bu da ABŞ-a qarşı yeni hücumların başlanması deməkdir. İraqda növbəti dəfə ABŞ Haşdi-Şabi qüvvələrinin mövqelərinə zərbələr endirilib. ABŞ geri çəkilmir və İraqda səfirliyə hücuma görə bu silahlı qruplaşma ilə haqq-hesab çəkir. İraq növbəti dəfə xaos və hərbi əməliyyatların mərkəzi olur".

Məhəmməd Əsədullazadənin qənaətincə, ABŞ İran gərginliyinin ölkəmizə təsirləri yoxdur:

"Azərbyacanın balanslaşdırılmış siyasəti bu kimi probelmlərdən sığortalanmağımız deməkdir. Ermənistan və digər ölkələrin bu olay üzərindən ABŞ ya İrana qarşı yön alması strateji baxımdan səhv taktikadır. Azərbyacan öz milli təhlükəsizliyini bu proseslərə qoşulmamaqla qorumuş olur".

Xosrov
Xəbəri paylaş