Newscenter.az.29.02.2020. "Mənə ünvanlanan suallara cavab olaraq bildirirəm ki, Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüş üçün dəvət almışam. Görüş təklifini qəbul etdim".
Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.
"Bu görüşün Müsavat Partiyasının qərargahında keçirilməsinin siyasi baxımdan daha düzgün olduğunu bildirdim", - A.Hacılı əlavə edib.
Xatırladaq ki, PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn və ReAL Partiyasının sədri İlqar Məmmədovla ayrı-ayrılıqda görüş keçirib.