Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azneft” İstehsalat Birliyində qanvermə aksiyası keçirilib-FOTOLAR



Newscenter.az.29.02.2020. “Azneft” İstehsalat Birliyində (İB) hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara dəstək məqsədilə növbəti dəfə ənənəvi olaraq qanvermə aksiyası keçirilib.

Newscenter.az Istehsalat Birliyinə istinadən xəbər verir ki, Bahadır Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun əməkdaşlarının iştirak ilə keçirilən humanist kampaniyada iştirak edən İB-nin bir çox işçisi qan verərək ehtiyacı olan insanlara öz dəstəyini nümayiş etdirib.

Qeyd edək ki, tərtib olunmuş qrafikə əsasən “Azneft” İstehsalat Birliyinin digər idarələrində də qanvermə aksiyaları keçirilib, hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım edilib.
Xəbəri paylaş