Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Avropanın enerji təhlükəsizliyində daha mühüm rol oynayacaq



Newscenter.az.6.05.2020. Ölkədə siyasi-iqtisadi islahatlar istiqamətində mühüm işlər görülməsi üçün atılan addımlar, ilk növbədə buna əngəl olan səbəbləri aradan qaldırılmasıdır. Bu istiqamətdə həyata keçirilən struktur və kadrların dəyişməsi, son vaxtlar həyata keçirilən həbslər mühüm əhəmiyyət kəsb edir. Növbəti mərhələdə iqtisadiyyatın liberallaşdırılması və sosial sahədə vətəndaşların rifahını yüksəltmək üçün proqramların həyata keçirilməsi, siyasi və hüquqi islahatların reallaşarsa, Avropa İttifaqı ilə çərçivə sazişinin imzalanması baş tuta bilər.

Brüssellə əlaqələrin sıxlaşmasına görə müəyyən dərəcədə ölkəmizə şimal küləyinin təsirlərini də nəzərə alsaq maksimum manevr siyasəti nəticəsində Avrointeqrasiyanı həyata keçirilməsi mütləqdi.

Qeyd edim ki, hazırda qloballaşma və siyasi inteqrasiya mövcud pandemiyaya görə dayanıb. Amma, post-pandemiya yeni siyasi çağırışlarla müşahidə olunacaq. Avropa İttifaqı öz şəklini və siyasətini davam etdirərək daha yeni bir iqtisadi model ortaya qoyacaq. Ona görədə Azərbaycan Qərblə sıx təmaslarını artırmaqla birnöv Ermənistan üzərində üstünlük əldə bilər.

Qeyd edim ki, Avropa İttifaqı Şərq Tərəfdaşlığı çərçivəsində Şərqi Avropa və Cənubi Qafqaz siyasətini davam etdirəcək. Ona görədə Azərbaycan Rusiya ilə qonşuluq əlaqələrini yüksək tutmaqla, Avropa İttifaqı ilə çərçivə sazişini imzalayacaq. Çünki, geosiyasi riskləri önləmək və mövcud durumda işğalçı Ermənistana təzyiqlər etmək üçün Avropa İttifaqı ilə çərçivə sazişi imzalamaq, əlaqələri yüksək səviyyədə təşkil etmək mütləqdi.

Bu ildən başlayaraq Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində daha mühüm rol oynayacaq. Cənubi Qaz Dəhlizi və onun seqmentləri olan TANAP və TAP artıq Avropa bazarına qaz ixrac edəcək. Bundan əlavə, Avropa ilə nəqliyyat əlaqələrinin inkişafıda bizim İttifaqla əlaqələrimizi daha da inkişaf etdirə bilər. Məhz ölkə daxilində islahatların aparılması və insanhüquqlarının qorunması üçün məhkəmə sisteminin təkmilləşdirilməsi lazımdır. Yuxarıdan həyata keçirilən bu təmizləmələrin davam etdirilməsi ölkəmizin inkişafına mühüm təkan verəcək.

Məhəmməd Əsədullazadə-politoloq
Xəbəri paylaş