Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva: "Hər kəs sosial izolyasiyaya, tibbi profilaktik qaydalara əməl etməlidir"



Newscenter.az.6.05.2020. “Məlum olduğu kimi, bütün dünya hazırda koronavirusa qarşı mübarizə aparır. Azərbaycan da bu sahədə öz standartını tətbiq edib və dünyanın nüfuzlu beynəlxalq qurumları ölkəmizin pandemiyaya qarşı mübarizə siyasətini təqdir edir. Azərbaycanın bu sahədəki təcrübəsi nümunə kimi göstərilir. Çünki ölkəmizdə dövlətin həyata keçirdiyi mübarizə tədbirlərinin mərkəzində ilk növbədə insan amili dayanır”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən millət vəkili Könül Nurullayevanın sözlərinə görə, Cənab Prezident də dəfələrlə bəyan edib ki, Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk gündən mümkün variantlar içərisindən məhz əhalinin həyatının qorunmasını seçib:

“Hazırda virusun yayılma dinamikasından asılı olaraq, ölkədə karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar qəbul olunub. Lakin yoluxma sayında ciddi artım müşahidə olunur ki, bu da virusun nə qədər təhlükəli olduğunu göstərir. Belə həssas məqamda arxayınlaşmaq daha ciddi təhlükələrə yol aça bilər”.

Könül Nurullayeva bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və qərarlarına ardıcıllıqla riayət olunması başlıca şərtdir:

“Hər kəs sosial izolyasiyaya, tibbi profilaktik qaydalara əməl etməli, ictimai yerlərdə kütləvi toplaşma hallarından çəkinməlidir. Bununla həm öz sağlamlığımızı, həm də cəmiyyətimizin təhlükəsizliyini təmin etmiş olarıq. Gəlin, gözəgörünməz düşmənlə birlikdə mübarizə aparaq”.

Anar
Xəbəri paylaş