Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xüsusi karantin rejimininin yumşaldılması koronavirus təhlükəsinin sovuşması anlamına gəlmir



Newscenter.az.6.05.2020. "Ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar qəbul olundu. Xüsusi karantin rejimininin yumşaldılması koronavirus təhlükəsinin sovuşması anlamına gəlmir"

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən millət vəkili Tamam Cəfərova deyib ki, bu xəstəliyin qısa zaman ərzində başa çatması qeyri-mümkündür, çünki bu zaman tələb edən uzunmüddətli bir prosesdir:

"Vətəndaşlar bilməlidilər ki, onlar sosial izolyasini saxlamasalar, evdə qalmasalar, təkcə özlərinin deyil, ətrafdakıların, öz əzizlərinin həyatını riskə atırlar. Ölkəmizdə bu infeksiyaya yoluxma halları davam etməkdədir. Və təəssüf ki, son günlər bu faktlar artmaqdadıdr. Dünən ölkəmizdə 76 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 28 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. Xəstəliyə yoluxanların sayı, sağalanların sayından 3 dəfə çoxdur. Yəni əvvəlki müsbət dinamika artıq yoxdur. Bu vətəndaşlarımızın hökumətin təyin etdiyi izolyasiya tətbirlərinə əməl etməməsinin nəticəsində baş veririr. Bu ciddi siqnaldır. Əhali zəruri olmadığı hallarda da sms vasitəsilə icazə alıb müxtəlif məqsədlərə görə şəhərə çıxır. Vətəndaşlarımız bütün tələblərə ciddi əməl etməli, tövsiyələri nəzərə almalıdırlar"

Millət vəkili qeyd edib ki,biz qətiyyən arxayınlaşmamalıyıq:

"Mövcud vəziyyəti düzgün analiz etməliyik, Xahiş edirəm ki, hər kəs zəruri sosial davranış qaydalarına, şəxsi gigiyena və tibbi-profilaktik qaydalara əməl etsin, yalnız zəruri hallarda evdən çıxın, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağınız vacibdir. Bununla da siz həm özünüzün, həm ailənizin sağlamlığını qoruyacaq, həm də dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərmiş olacaqsınız. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarları qeyd-şərtsiz icra olunmalıdır.Ölkəmiz üçün belə çətin günlərdə sizləri maksimum məsuliyyətli olmağa və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərməyə dəvət edirəm".

Anar
Xəbəri paylaş